...

“Azərişıq” ASC Cənub bölgəsində sürətli yenidənqurma işləri aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2015 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend/

"Azərişıq" ASC tərəfindən ölkənin cənub bölgəsində sürətli yenidənqurma işləri aparılır.

Respublikamızın cənub regionu tez-tez təbiət hadisələrinin baş verdiyi ən həssas bölgələrimizdən biridir. "Azərişıq" ASC yaradıldıqdan sonra bütün ölkə ərazisində elektrik enerjisinin təchizatı istiqamətində aparılan sürətli yenidənqurma işləri bu bölgəyə olan yanaşmada da köklü dəyişikliklər etməyə əsas verib. "Azərişıq" ASC-dəın Trend-ə verilən məlumata görə, yeddi regional idarə sırasında yaradılmış Cənub RETSİ üzrə ən həssas məqamlar dərhal nəzərdən keçirildi və təxirəsalınmaz tədbirlər planı hazırlanıb.

Yerli iqlim şəraiti nəzərə alınaraq, Cənub RETSİ-nin struktur tərkibinə daxil olan elektrik şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı məqsədi ilə əsaslı və cari təmiri işlərinin sxemi hazırlanıb. Cənub RETSİ-nin struktur tərkibinə daxil olan Şirvan, Hacıqabul, Səlyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı Elektrik şəbəkələrinin hər birini qısa müddətdə ən keyfiyyətli və müasir vəziyyətə gətirilməsi qarşıya məqsəd kimi qoyulub.

Cənub RETSİ-nin balansında olan elektrik şəbəkələrində həm cəmiyyətin özü, həm də podaratçı təşkilatlar ərəfindən xeyli miqdarda işlər görülüb. İyulun 1-ə olan məlumata görə, Cənub RETSİ üzrə ümumilikdə, 97 Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Onlardan 46-sı elektrik şəbəkələrinə qoşulub.

KTM-ləri quraşdıran zaman yerli iqlim şəraiti də nəzərə alınıb. Rütübətin və yağışların daha çox olduğu cənub ərazilərdə bəzi KTM-lər tez çürüyən materiallarla deyil, daşdan tikilmiş mühafizə zolağı ilə əhatələnmiş və ətrafı abadlaşdırılıb. Bu müddət ərzində 4 ədəd 110 kV-luq, 42 ədəd 35 kV-luq, 629 ədəd 6/10 kV-luq, 5306 ədəd 0,4 kV-luq istismar müddətini bitirmiş və təhlükəli xarakter almış ağac və sınıq-salxaq beton dayaqlar yeni dəmir və dəmir-beton dayaqlarla əvəz edilib.

Bir çox yerlərdə yarımstansiyanı qidalandıran və yarımstansiyadan çıxan 35 və 10 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonaları pozulduğundan təbiət hadisələri və qəza baş verdikdə istehlakçıların elektrik təchizatında uzun müddətli fasilələr yaranırdı. Cənub bölgəsində bu cür hadisələrə son qoymaq üçün 1700 metr 35 kV-luq EVX AS 95, 40 805 metr 6/10 kV-luq EVX AS-50, 1215 metr 10 kV-luq kabel XLPE, 89 330 metr 0,4 kV-luq EVX (SİP) yeni elektrik xətləri çəkilərək təhlükəlilik və yarıtmazlıq vəziyyəti aradan qaldırılıb.

Bundan başqa xeyli sayda KTM, elketrik naqillərində və beton dayaqlarda cari təmir işləri aparılıb, profilaktik tədbirlər görülüb. Vacib olan iki yarımstansiyada da cari təmir işləri həyata keçirilərək işlək vəziyyətin keyfiyyəti qaldırılıb.

Yeni və eləcə də dəyişiklik zərurəti olan abonentlər üçün 1138 ədəd sayğac quraşdırılaraq təhvil-təslim işləri aparılıb.

Hazırda regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə təbliğat-izahat və praktiki işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti