Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Hüseyn Vəliyev/
"Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sterilizasiya kompleksinin ofis binalarının və laboratoriyalarının inşası başa çatıb. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verib.
Nazirliyin məlumatında deyilir ki, sterilizasiya qurğusu Qobu qəsəbəsində yerləşəcək. Bu ərazidə həmçinin "Qamma şüalanma kompleksi" yerləşəcək.
Qurğunun sentyabr ayında istismara veriləcəyi gözlənilir.
Sterilizasiya qurğusu qamma şüalanma üsulu ilə mikrobları məhv etməyə imkan verəcək. Bu da kənd təsərrüfatı məhsulları (buğda, ət məhsulları, quru meyvələr, kartof və s.), tibbi preparatlar və başqa məhsulların saxlanma müddətini artıracaq.
Yüksək temperaturun təsiri zamanı materialların xassələrinin öyrənilməsi üçün avadanlığın tədarükçüsü qismində Türkiyənin "Tetra Technological Systems" şirkəti çıxış edir.