...

İstehlak kreditlərinin həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2015 14:41 (UTC +04:00)
2015-ci ilin I yarısında Azərbaycan bankları istehlak kreditinin həcmini ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 15,6 faiz artırıb.
İstehlak kreditlərinin həcmi artıb

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin I yarısında Azərbaycan bankları istehlak kreditinin həcmini ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 15,6 faiz artırıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-iyun aylarının yekunlarına həsr olunmuş hesabatında deyilir.

Hesabata əsasən, istehlak kreditlərinin bankların kredit qoyuluşlarının ümumi həcmində payı 38,9 faiz və ya 7,88 milyard manat təşkil edib.

Müqayisə üçün deyək ki, ötən ilin yanvar-iyun aylarında istehlakçı kreditlərinin payı 40,7 faiz və ya 6,8 milyard manat təşkil edib.

Bankların ümumi kredit portfelində xüsusi çəkisinə görə, ikinci yerdə ticarət və xidmət sahəsi (14,2 faiz və ya 2,89 milyard manat), üçüncü yerdə tikinti və daşınmaz əmlak sektoru (13,8 faiz və ya 2,79 milyard manat) gəlir.

Hesabat dövründə Azərbaycan iqtisadiyyatının real sektorunun kreditləşməsinin ümumi həcminin 10,7 faizi və ya 2,17 milyard manatı sənaye və istehsal sahəsinə yönəldilib.

Bu dövrdə nəqliyyat və rabitə sahəsinin payına 4,4 faiz və ya 894,9 milyon manat, kənd təsərrüfatı və təkrar emal sahəsinə 4,6 faiz və ya 937,9 milyon manat, energetika, kimya və təbii resurslara 1,4 faiz və ya 280,2 milyon manat düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti