...

Azərbaycan iqtisadiyyatı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2015 13:32 (UTC +04:00)
2015-ci il yanvar-iyul aylarında ölkədə ÜDM həcmi 32,1 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,6 faiz çoxdur.
Azərbaycan iqtisadiyyatı artıb

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Azad Həsənli/

2015-ci il yanvar-iyul aylarında ölkədə ÜDM həcmi 32,1 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,6 faiz çoxdur.

Trend-in məlumatına əsasən, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektoru ötən ilin analoji dövrü ilə müqayisədə 9 faiz artıb. Sektorun ölkənin ÜDM-dəki payı 68 faiz təşkil edib. Neft və qaz hasilatı və emalı sahəsində əlavə dəyər istehsalının həcmi ötən illə müqayisədə 1 faiz artıb.

Yanvar-iyul aylarında ölkədə yaradılan ÜDM-nin 35 faizi sənayedə, 13,6 faizi tikintidə, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və ovçuluqda formalaşıb.

Məhsula təmiz vergi və idxal ÜDM-nin 8,1 faizini təşkil edib.

Ümumi məhsulun 37,3 faizi (8 milyard manat) xidmət sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti