...

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2015 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Elmir Murad/

İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən monitorinqlər zamanı bir sıra mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkar olunub. Bu barədə İSN-in mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı Bakının Yasamal rayonu H.Cavid prospekti, 528-ci məhəllədə yerləşən Dəyanət Əliyevə məxsus mağazada, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Gülxara Şərifovaya və Qeysər Muradova məxsus mağazalarda, Xətai rayonu Babək prospekti və İ.Həbibov küçəsinin kəsişməsində yerləşən Mahmud Xəlilova məxsus mağazada, Abşeron rayonu Saray qəsəbəsində yerləşən Nurəddin Quliyevə və Mirbaba Seyfullayevə məxsus mağazalarda, Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən Rəhman Abbasova məxsus mağazada, Şirvan şəhəri N.Nərimanov küçəsində yerləşən Südabə Məmmədovaya məxsus mağazada və Gülbala Şıxbala oğlu küçəsində yerləşən Telman Fərzəliyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar olunub.

Monitorinq zamanı analoji hallar Bakının Pirallahı rayonu Pirallahı qəsəbəsində yerləşən Şakir Mikayılova və Solmaz Hüseynovaya məxsus mağazalarda, Xəzər rayonu Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində yerləşən Məryəm Əzimovaya məxsus mağazada, Nəsimi rayonu 3-cü mikrorayon, R.Məmmədov küçəsində yerləşən Azadə Məmmədovaya məxsus mağazada, Sumqayıt şəhəri Corat qəsəbəsi, 546 ünvanında yerləşən Həsənağa Abdullayevə məxsus mağazada, Qazax şəhəri Z.Tağıyev küçəsi, 19 ünvanında yerləşən Məhərrəm Səfərova məxsus mağazada, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən İnqilab Hüseynova məxsus mağazada, Daşkəsən şəhəri, A.Abdullayev küçəsi, 45 ünvanında yerləşən Heydər Bayramova məxsus mağazada və Şirvan şəhəri T.İsmayılov küçəsi, 1/16T ünvanında yerləşən İsmayıl Tərlanova məxsus mağazada da müəyyən olunub.

Nazirliyin məlumatında qeyd olunur ki, saxlama müddəti ötmüş malların satıldığı H.Əliyev prospektində yerləşən Həsrət Həsənova məxsus mağazada, Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən Məlahət Həşimovaya məxsus mağazada, Şabran şəhəri Q.Qasımov küçəsində yerləşən Rauf Mehrabova məxsus mağazada, Masallı rayonu Təzə-Alvadı kəndində yerləşən Mərifət Quliyevə məxsus mağazada, Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən Səyyar Tağıyevə məxsus mağazada, Qax şəhəri Azərbaycan küçəsində yerləşən Kamil Allahverdiyevə məxsus mağazada və Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən Fərman Balaşova məxsus mağazada da aşkarlanıb və qurum tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və "Facebook" səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti