...

“Kapital Bank” Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2015 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

"Kapital Bank" ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, sentyabrın 16-da Bankın baş ofisində keçirilən ümumi yığıncağın gündəliyində duran əsas məsələ "Kapital Bank" ASC-nin sənədli səhmlərinin formasının dəyişdirilməsi olub.

Məlum olduğu kimi, 14 iyul 2015-ci il tarixdə "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, investisiya qiymətli kağızları sənədsiz formada buraxılmalı, ötürülməli və mərkəzi depozitarda saxlanılmalıdır. Qanunun 91.1-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi tarixədək buraxılmış sənədli investisiya qiymətli kağızları ilə əqdlər, yalnız həmin investisiya qiymətli kağızlarının sənədsizləşdirilməsindən sonra bağlanıla bilər. Bununla əlaqədar olaraq qərara alındı ki, Qanunun 23.1-ci maddəsinə əsasən "Kapital Bank" ASC-nin sənədli səhmlərinin sənədsiz səhmlər qiymətli kağız formasına keçirilməsi müvafiq qaydada təmin edilsin.

Bu baxımdan, "Kapital Bank" ASC-nin sənədli səhmlərinin sənədsiz səhmlər qiymətli kağız formasına keçirilməsi ilə əlaqədar "Kapital Bank" ASC-nin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi qərara alındı.

Bundan əlavə, "Kapital Bank" ASC-nin Müşahidə Şurasının Əsasnaməsinə müvafiq əlavə və dəyişikliklər edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti