Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında "Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, saziş haqqında məlumat verən İqtisadi siyasət komitəsinin üzvü Ziyad Səmədzadə bildirib ki, iki ölkə arasında əməkdaşlıq səmərəli qaydada davam edir.
Qeyd edək ki, bu saziş iki ölkə arasında öz müvafiq əraziləri və ərazilərindən kənarda hava əlaqəsini yaratmaq məqsədilə imzalanıb.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.