...

EY-nin Azərbaycandakı ofisi Davamlı İnkişaf və KSM-ə həsr olunmuş konfransda konsaltinq partnyoru qismində iştirak edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2015 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Müxtəlif sənaye sahələrindən və ölkələrdən olan təşkilatları təmsil edən 30-dan çox yüksək səviyyəli məruzəçi, 300 nümayəndə və yerli və beynəlxalq təşkilatlardan nüfuzlu liderlər 15 oktyabr 2015-ci il tarixində Fairmont Baku Hotelində Azərbaycanda birinci dəfə keçirilən Davamlı inkişaf və korporativ sosial məsuliyyət (KSM) konfransında bir araya gəldilər. Rusiya federasiyasında və Gürcüstanda Təmiz Texnologiyalar və Davamlı İnkişaf xidmətləri qrupunun lideri Alisa Vasilyeva "Yaşıl iqtisadiyyat və dayanıqlı şəhərlər" mövzusunda müzakirələrdə sədr qismində iştirak etdi.

Tədbirin məqsədi davamlı inkişaf və korporativ sosial məsuliyyət sahəsində yerli və beynəlxalq təcrübəni və ən yaxşı praktikaları təqdim etməklə müxtəlif sosial qrupların biliklərini artırmaq olmuşdur. Bu məqsədlə konfransa Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları, eləcə də beynəlxalq təşkilatlar dəvət olunmuşlar. Tədbir ölkədə davamlı inkişaf və KSM sahəsində cari vəziyyətin, o cümlədən inkişaf imkanlarının ətraflı qiymətləndirilməsinə diqqət yetirmiş və dövlət və özəl sektorlarda dialoq və əməkdaşlığı dəstəkləmişdir.

EY şirkətini təmsil edən digər məruzəçi, Qazaxıstan, Ukrayna və Rusiya üzrə Təmiz Texnologiyalar və Davamlı İnkişaf xidmətləri qrupunun lideri Viktor Kovalenko, iri şirkətlərin sosial məsuliyyətinin ölkənin iqtisadi inkişafına təsiri haqqında danışdı.

Orxan Rəcəbov, EY-ın təmiz texnologiyalar və davamlı inkişaf xidmətləri qrupunun Azərbaycan üzrə lideri də tədbirin əhəmiyyətini yüksək qiymətləndirmişdir: "Davamlı inkişafın və korporativ sosial məsuliyyətin Azərbaycanın işgüzar icması və cəmiyyəti üçün əhəmiyyəti lazımınca qiymətləndirilməlidir. Son illərdə biz digər müsbət meyllərlə yanaşı biznes və cəmiyyət liderlərinin davamlı inkişafla bağlı biliyinin də daim artmasını müşahidə edirik. Bu baxımdan birinci Davamlı inkişaf və korporativ sosial məsuliyyət konfransı maraqı doğuran məsələlərin müzakirə və həll edilməsi və təcrübənin bölüşməsi məqsədilə peşəkar və ekspertləri bir araya gətirən bir platforma kimi xidmət edir."

Alisa Vasilyeva həmçinin qeyd etmişdir: "Bu gün təbii ehtiyatların tükənməsi, neft və digər mədən məhsullarına olan tələbatın tədricən azalmasını və beynəlxalq əmtəə bazarlarında qeyri-sabitliyi nəzərə almaqla, yaşıl iqtisadiyyata keçidin məntiqi daha aydın olur. Karbon tərkibi daha aşağı olan, resursların istifadəsi baxımından səmərəli olan və sosial amilləri nəzərə alan yaşıl iqtisadiyyat ekoloji riskləri əhəmiyyətli dərəcədə azaldaraq, insanların rifahını da təkmilləşdirir.

"Urbanizasiya iqtisadi imkanlar təklif etsə da, eyni zamanda resurslarla bağlı əhəmiyyətli risklər törədir. Sürətli urbanizasiya qlobal resursların tükənməsinin səbəblərindən biridir, iqlim dəyişikliyinin təsirləri isə şəhərlərə ağır ziyan vurur. Dayanıqlı və mövcud vəziyyətə uyğunlaşan urbanizasiya dünyanın gələcək perspektivləri üçün bir vasitə olacaq. "Yaşıl" və "ağıllı" - bu konseptlər davamlı inkişaf edən və rəqabətə yararlı şəhərin mühüm xüsusiyyətləri olacaq. Yerli və milli siyasətçilər, digər mühüm maraqlı tərəflər, bu şəhərləri planlaşdırmaq, qurmaq və idarə etmək üçün bir-biri ilə sıx əməkdaşlıq etməlidirlər."

Viktor Kovalenko da bu istiqamətdə öz fikirləri ilə bölüşdü: "İri şirkətlərin ölkənin iqtisadi inkişafında rolu nədən ibarətdir? Beynəlxalq korporasiyalar fəaliyyət göstərdikləri ölkənin sosial-iqtisadi inkişafına təsirlərini artıq çoxdan gündəmlərində saxlayırlar.

"Bir şirkətin ölkə iqtisadiyyatına töhfəsi yalnız mal və xidmətlərin satılması, işçi heyətinin toplanması və vergilərin ödənilməsi ilə məhdudlaşmır. Hər bir şirkət, həcmi və profilindən asılı olmayaraq, yerli bazarlarda satınlamalar, işçilərinin istehlak məsrəfləri vasitəsilə milli iqtisadiyyatın müxtəlif sahələrinə əhəmiyyətli təsir göstərir. Şirkətlər iş yerlərini saxlayır, podratçılar da iş yerlərinin sayını artırır, podratçılarına gəlir əldə etmək və əməkdaşlara əmək haqqı ödəmək imkanını verir, dövlət büdcəsi üçün əlavə vergi gəlirlərini yaradır.

"Biz hesab edirik ki, cəmi dəyərin (təsirin) ölçülməsi şirkətin fəaliyyət göstərdiyi ölkənin iqtisadiyyatına həqiqi töhfəsini tam başa düşmək, təqdim etmək və məlumat vermək üçün tələb olunan vacib bir təşəbbüsdür."

Vüqar Ələkpərov, SOCAR-ın Risklərin idarəedilməsi departamentinin rəisi şərh etdi: "15 oktyabr 2015-ci il tarixində keçirilən Davamlı inkişaf üzrə 1-ci Azərbaycan Konfransında iştirak etdik. Konfransın plenar sessiyası Davamlı İnkişaf konsepsiyası, qlobal trendlər, standartlar mövzusu ilə öz işinə başladı və sessiyaya sədrlik edən SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezident, Süleyman Qasımov "Davamlı inkişaf və sosial məsuliyyət" mövzusu ilə çıxış etdi. Azərbaycanda keçirilən bu konfrans ölkədə iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi, ətraf mühitin qorunması və sosial məsuliyyətin artırılması məsələlərinin əsas prioritet olduğunu ifadə edir. Həmçinin konfransın Bakıda təşkil edilməsi qabaqcıl dünya təcrübəsini bölüşmək və Davamlı inkişaf üzrə Azərbaycanda mövcud vəziyyəti giymətləndirmək üçün şərait yaratdı".

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Bakı, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 4,500 peşəkar çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 21 il əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Təmiz texnologiyalar və davamlı inkişaf sahəsində xidmətlər qrupu şirkətlərə davamlı inkişaf strategiyasına dair məsləhətlər, strategiyanın tətbiqi, davamlı inkişafın ölçülməsi, hesabatların hazırlanması və bu hesabatların müstəqil auditi kimi bir çox xidmətləri təklif edir. Təşkilatların davamlı inkişaf sahəsində xüsusi ehtiyacları ilə bağlı problemləri həll etmək üçün müştərilərimiz qlobal metodologiyanın dəstəyi ilə xüsusi xidmətlər alır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti