Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün Milli Məclisin IV cağırışının son plenar iclasında 2016-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri təsdiq edilib.
Trend-in məlumatına görə, parlamentin iclasında "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanunları, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" qanunu, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetaları səsə qoyularaq qəbul edilib.