...

Macarıstanın "WizzAir" aviaşirkəti Bakıya uçuşları bərpa edir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2015 10:30 (UTC +04:00)
Macarıstanın "WizzAir" aviaşirkəti 2016-cilin mart ayından etibarən Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviareysləri bərpa edəcək.
Macarıstanın "WizzAir" aviaşirkəti Bakıya uçuşları bərpa edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Macarıstanın "WizzAir" aviaşirkəti 2016-cilin mart ayından etibarən Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviareysləri bərpa edəcək.

Bu barədə cümə günü jurnalistlərə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Arif Məmmədov xəbər verib.

A.Məmmədovun sözlərinə görə, bununla bağlı müvafiq müqavilə oktyabrın 28-də imzalanacaq: "Biz "WizzAir"in şərtlərini 99 faiz razılaşdırdıq. Macarıstanın aviaşirkəti nümayəndə heyəti oktyabrın 27-də Bakıya gələcək. Müqavilə oktyabrın 28-də Macarıstan şirkəti üçün güzəştli şərtlərlə imzalanacaq. "WizzAir"ə Qəbələyə uçuşları həyata keçirməyi təklif etdik, lakin aviaşirkət Bakı istiqaməti üzərində təkid edirdi və biz bu məsələni razılaşdırdıq".

A.Məmmədov qeyd edib ki, Macarıstanın aviaşirkəti Budapeşt-Bakı-Budapeşt marşrutları üzrə uçuşları gələn ilin martından həyata keçirməyə başlayacaq: "Biz onlara uçuşları qışdan başlamağı təklif etdik, lakin onlar martdan etibarən uçuşlara başlamaq qərarına gəldilər. Əvvəlcə uçuşların tezliyi həftədə bir dəfə olacaq, yay mövsümündə isə həftədə iki dəfəyədək artacaq. Eyni zamanda, şərt qoyduq ki, qış dövründə uçuşları dayandırmasınlar, əks halda müqavilə pozulacaq və belə güzəştli şərtlər artıq təqdim edilməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti