...

Aİ Azərbaycana aqrar sahədə ekspert dəstəyi göstərməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2015 19:33 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı nairi Heydər Əsədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Aİ Azərbaycana aqrar sahədə ekspert dəstəyi göstərməyə hazırdır

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Bu gün kənd təsərrüfatı nairi Heydər Əsədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, H.Əsədov son dövrlərdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institusional, kadr və hüquqi islahatlar barədə geniş məlumat verərək bu islahatların aparılmasında Avropa İttifaqının dəstəyinə görə qarşı tərəfə öz təşəkkürünü bildirib.

Nazir kənd təsərrüfatı sahəsində gələcək inkişaf strategiyasına toxunaraq Aİ tərəfindən dəstək göstərilməsi üçün potensial sahələr barədə məlumat verib.

Görüşdə digər məsələlərlə yanaşı, Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin qurulmasında Aİ tərəfindən göstərilən dəstək, ərzaq məhsullarının təhlükəsizliyi sisteminin gücləndirilməsi, heyvandarlıq məhsullarının bazara çıxışı imkanlarının artırılması məsələləri müzakirə olunub.

M.Mard kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərlə bağlı məmnunluğunu ifadə edib və intensiv islahat proqramını təqdirəlayiq hesab edib. Səfir Kənd Təsərrüfatı Nazirliyinin mütərəqqi təcrübə üzrə ehtiyaclarına əsaslanaraq, təmsil etdiyi qurumun bir çox sahələrdə ekspert dəstəyinin göstərilməsinə hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti