...

AZAL Parisə aviareysləri ləğv etməyi planlaşdırmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2015 11:51 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC yaxın vaxtlarda Parisə aviareysləri ləğv etməyi planlaşdırmır.
AZAL Parisə aviareysləri ləğv etməyi planlaşdırmır

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir Azad Həsənli/

"Azərbaycan Hava Yolları" (AZAL) QSC yaxın vaxtlarda Parisə aviareysləri ləğv etməyi planlaşdırmır.

Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, ötən gün növbəti aviareys Parisə uğurla həyata keçirilib və təyyarə artıq Bakıya qayıdıb.

Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində təqribən 130 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti