...

Vergi orqanlarına 10 250 müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2015 16:34 (UTC +04:00)
2015-ci ilin oktyabr ayı ərzində Azərbaycanın vergi orqanlarına 10 250 müraciət daxil olub ki, bunlardan da 95,8%-i ərizə, 4%-i şikayət, 0,2% təklifdir.
Vergi orqanlarına 10 250 müraciət daxil olub

Bakı. Trend:

2015-ci ilin oktyabr ayı ərzində Azərbaycanın vergi orqanlarına 10 250 müraciət daxil olub ki, bunlardan da 95,8%-i ərizə, 4%-i şikayət, 0,2% təklifdir.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müraciətlərin 45,8%-i kameral vergi yoxlamaları, 6,6%-i vergi borcları, 1,7%-i operativ vergi nəzarəti, 1,6%-i səyyar vergi yoxlamaları, 1,4%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,7%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i korrupsiya hüquqpozmaları, 41,85%-i isə digər məsələlərlə bağlı olub.

Müraciətlərdən 51,9%-i müsbət həll olunub, 15,3%-i barədə müvafiq izahatlar verilib, 2,3%-i əsassız sayılıb, 0,4%-i qismən həll olunub, 0,4%-i aidiyyəti üzrə göndərilib, 29,7%-i isə icradadır.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 501 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, 23 oktyabr 2015-ci il tarixdə vergilər naziri Fazil Məmmədov tərəfindən Beyləqan rayonunda vətəndaşların qəbulu keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti