...

"PAŞA Bank" ABŞ ticarət missiyasının səfəri çərçivəsində işgüzar görüşlərdə iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2015 13:08 (UTC +04:00)
Azərbaycanın ən iri banklarından biri – "PAŞA Bank" 18-20 noyabr tarixlərində ABŞ ticarət missiyasının Bakıya səfəri çərçivəsində keçirilən işgüzar görüşlərdə iştirak edib.
"PAŞA Bank" ABŞ ticarət missiyasının səfəri çərçivəsində işgüzar görüşlərdə iştirak edib

Bakı. Trend:

Azərbaycanın ən iri banklarından biri - "PAŞA Bank" 18-20 noyabr tarixlərində ABŞ ticarət missiyasının Bakıya səfəri çərçivəsində keçirilən işgüzar görüşlərdə iştirak edib. Bankdan Trend-ə verilən məlumata görə, Amerika-Azərbaycan ticarət palatasının (USACC) təşkil etdiyi səfər Amerika Ticarət palatasının Azərbaycan (AmCham Azerbaijan) və Türkiyə (AmCham Turkey) nümayəndəlikləri, Azərbaycanda ixracın və investisiyaların təşviqi fondu (AZPROMO), Bloomberg Media, Azərbaycan yüksək texnologiyalar parkının dəstəyi ilə həyata keçirilib.

Xarici nümayəndə heyətinin tərkibində ABŞ-ın Ticarət Nazirliyi və ABŞ Ticarət xidməti agentliyi kimi dövlət iqtisadiyyat qurumları, habelə inşaat, istehsalat, energetika, təhsil, İKT və iqtisadiyyatın digər sektorlarını təmsil edən 15 şirkət iştirak etmişdir.

PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, ölkələrimiz arasında ikitərəfli ticari əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu səfər Amerika şirkətlərinə Azərbaycan bazarını öyrənmək imkanı vermişdir.

T.Kazımov həmçinin qeyd etmişdir ki: "İqtisadiyyatın real sektorunu fəal surətdə dəstəkləyən PAŞA Bank xarici biznesmenlərin nümayəndə heyətinin Azərbaycana səfərini müsbət qiymətləndirir, bu, işgüzar əlaqələrin qurulmasına, xarici iqtisadi fəaliyyətin, ölkəyə cəlb olunan investisiyaların həcminin artmasına gətirib çıxaracaq. PAŞA Bank, öz növbəsində, regional investisiya bankı olmaqla, işgüzar münasibətlərin inkişafına töhfəsini verməyə və təkcə yerli bazarda deyil, həm də Türkiyə və Gürcüstanda fəaliyyətin həyata keçirilməsində maraqlı olan biznesmenlər üçün maliyyə xidmətlərinə və peşəkar məsləhətlərə tələbatı ödəməyə hazırdır".

"PAŞA Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

"PAŞA Bank" Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti