...

Mənzil bazarında tamamilə yeni ipoteka şərtləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2015 17:39 (UTC +04:00)
“Kristal Abşeron” şirkəti münasib ipoteka şərtləri ilə mənzillərin satışına başlayır.
Mənzil bazarında tamamilə yeni ipoteka şərtləri

Bakı. Trend:

Evsizlər dövlətdən səbirsizliklə yeni ipoteka şərtlərini gözlədiyi bir dövrdə gündən-günə inkişaf edən "Kristal Abşeron" şirkəti münasib ipoteka şərtləri ilə mənzillərin satışına başlayır.

İndiyədək tikdiyi binalardakı mənzilləri ilkin ödəniş 10%, illik 10% dərəcəsi və 10 illik ipoteka şərtləri ilə təklif edən şirkət noyabrın 23-dən etibarən tam yeni ipoteka şərtlərinin tətbiqinə başlayır.

Artıq "Kristal Abşeron" şirkətindən mənzilləri ilkin ödəniş 10%, illik 8% faiz dərəcəsilə və 20 il müddətinə manatla ipoteka şərtləri ilə əldə etmək olar.

Bu şərtlər ilə "Kristal Abşeron"un istənilən layihəsindən hazır və ya inşası davam edən binalarda mənzil sahibi ola bilərsiniz.

Qeyd edək "Kristal Abşeron"un şərtləri, dövlətin ipoteka şərtlərindən belə münasibdir. Belə ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabı ilə verilən ipoteka kreditində ən azı 20% ilkin ödəniş tələb edilir. Dövlətin adi ipoteka kreditləri maksimal 25 ilədək, illik 8% dərəcəsilə ayrılır. Maksimal məbləğ isə 50 000 AZN təşkil edir.

AYDA 205 MANATA MƏNZİL

Yeni ipoteka şərtləri ilə müxtəlif kampaniyaların keçirilməsi nəzərdə tutulur. Məsələn, ayda 205 manat ödəməklə öz evinizə qovuşa bilərsiniz.

"Layihə çərçivəsində müştərilər sadəcə ilkin 2713 AZN, aylıq 205 AZN ödəməklə (illik faiz dərəcəsi 8% olmaqla, 20 il müddətinə) tam təmirli 1 otaqlı mənzilə sahib ola biləcəklər", - "Kristal Abşeron" şirkəti bildirir.

"Kristal Abşeron" şirkətinin layihələrinin kreditləşməsi Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilir.

Qeyd edək ki, "Kristal Abşeron" aşağıdakı ünvanlarda binalar tikir:

1. Xırdalan şəhəri, H.Əliyev prospekti, 30
2. Abşeron rayonu, Heydər Əliyev prospekti, 11
3.Səbail rayonu, Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş yolun sol kənarı
4. Nizami rayonu, Özbəkistan küçəsi, 9 (metronun "Qara Qarayev" stansiyasının yaxınlığı)
5. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi
6. Biləcəri qəsəbəsi, 5025-ci məhəllə (Hərbi Komissarlığın yaxınlığı)
7. Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsi (Liman klinikasının yanı)
8. Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsi (24 nömrəli məktəbin yanı)
9. Bakı, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 59k (9-cu mikrorayon)
10. "Elmlər Akademiyası" metro stansiyası yaxınlığında
11. "M.Əcəmi" metro stansiyası yaxınlığında və s.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti