...

Kapital Bank yaşıllaşdırma hərəkatına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2015 11:10 (UTC +04:00)

Bakı. Trend:

Kapital Bank yaşıllaşdırma hərəkatına başlayır.

Bankdan Trend-ə verilən məlumata görə, Kapital Bank Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində Azərbaycanın bir sıra bölgələrində "Yaşıl ölkəm - bu gün əkdiyimiz ağac, sabah aldığımız bir nəfəsdir" devizi altında genişmiqyaslı yaşıllaşdırma aksiyaları təşkil edir.

Bu həftə Kapital Bankın dəstəyi ilə Salyan, Ucar, Kürdəmir rayonları və Gəncə şəhərində ağacəkmə kampaniyaları keçiriləcək. Kapital Bank əməkdaşlarının iştirakı ilə aparılacaq yaşıllaşdırma işləri müxtəlif parkları və yolkənarı boyu yerləşən böyük əraziləri əhatə edəcək. Həmin sahələrdə bölgələrin iqliminə və hava şəraitinə xas müxtəlif növ ağacların əkilməsi planlaşdırılır. Yaşıllaşdırma kampaniyasının məqsədi ölkəmizdə təbiətin və ekoloji mühitin mühafizəsinə töhfə vermək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir. Qeyd edək ki, Kapital Bank tərəfindən yaşıllaşdırma tədbirlərinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini "e-pul.az", "kassam.az", "hesab.az" portalları ilə yanaşı "eManat" və "MilliÖn" terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti