...

Mərkəzi Bank bankların valyutaya olan ehtiyaclarını kifayət həcmdə təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2015 12:41 (UTC +04:00)

Bakı. Trend:

Mərkəzi Bank əhalinin nəzərinə çatdırır ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.

Bu barədə Mərkəzi Bankdan Trend-ə verilən məlumatda qeyd olunur.

Bildirilir ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.

Məlumatda qeyd olunur ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti