Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda "MR Group Leasing Factoring and Lombard" MMC lizinq şirkəti dövlət qeydiyyatından keçib. Bu barədə Trend "Vergilər" qəzetinə istinadən məlumat verir.
Şirkətin rəsmi nümayəndəsi Vüsalə Vəliyevadır. Şirkətin nizamnamə kapitalı 1000 manatdır.
"MR Group Leasing Factoring and Lombard " 2015-ci il dekabrın 7-də Vergilər Nazirliyinin "vahid pəncərə" sistemi vasitəsilə qeydiyyata alınıb.