...

Azərbaycanda 6 rayon toxum müfəttişi təqaüdə göndərildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2016 17:32 (UTC +04:00)
Azərbaycanda 6 rayon toxum müfəttişi təqaüdə göndərilib, 2 rayon toxum müfəttişi ilə əmək müqavilələrinə xitam verilib.
Azərbaycanda 6 rayon toxum müfəttişi təqaüdə göndərildi

Bakı. Trend:

Azərbaycanda 6 rayon toxum müfəttişi təqaüdə göndərilib, 2 rayon toxum müfəttişi ilə əmək müqavilələrinə xitam verilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən "2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr"in müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

Kollegiyada kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək reproduksiyalı və kondisiyalı toxum və tinglə təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və onun yerli qurumlarının maddi-texniki bazasının yaxşılaşdırılmasını, bu sahənin elmi əsaslarla inkişaf etdirilməsinin, toxumların təlimata uyğun sertifikatlaşdırılmasını, habelə toxumluq əkin sahələrində və toxum saxlanılan yerlərdə müvafiq bitki mühafizə tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə nazirliyin müvafiq qurum və şöbələrinə tapşırıqlar verilib.

Bundan başqa, 19 rayon Dövlət Toxum Müfəttişliyinin rəisləri ilə müvəqqəti əmək müqaviləsi bağlanılması, 6 rayon toxum müfəttişinin təqaüdə göndərilməsi, 2 rayon toxum müfəttişinin isə vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiyinə görə onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə qərar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti