Bakı. Trend:
2015-ci ildə Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 209 764 müraciət cavablandırılıb.
Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müraciətlərin 23,2%-i vergilərin növləri, 18,7%-i elektron xidmətlər, 14,7%-i qeydiyyat, 10%-i hesabatlar və onların doldurulma qaydaları, 33,4%-i isə digər məsələlər barədə olub.
Hesabat dövründə səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 63 703 zəng daxil olub, 31 571 zəng zamanı vergi borcu, 14 496 zəng zamanı isə müraciətlərə vergilərin növləri ilə bağlı məlumatlar verilib.
Vergiödəyicilərin məlumatlandırılması məqsədilə onlara 2 904 339 mesaj, o cümlədən 2 884 609 qısa mesaj (sms) göndərilib.
Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 4 452 587 daxilolma qeydə alınıb.
2015-ci ildə vergiödəyicilərə xidmət strukturları tərəfindən 389 017 nəfərə ümumilikdə 579 368 sayda xidmətlər göstərilib.