Bakı. Trend:
"Nikoil Bank" ASC 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb və İdarə Heyətinin sədri tərəfindən müvafiq tapşırıq verilib.
Bankdan Trend-ə verilən məlumata görə, tapşırığın icrasından irəli gələn işlər üzrə yanvarın 19-da bankın baş ofisində İdarə Heyətinin üzvləri və diqər rəhbər şəxslərin iştirakı ilə toplantı keçirilib.
Həmin tədbirdə 20 Yanvar faciəsində həlak olmuş şəxslərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
İdarə Heyəti sədrinin müavini Emil Məmmədov çıxışında baş vermiş qanlı hadisənin xronoloji ardıcılığı, 19 yanvardan 20-nə keçən gecə Azərbaycanın azadlığı naminə şəhid olmuş şəxslər haqqında danışıb.
E.Məmmədov, həmçinin özünə və ailəsinə qarşı yaranan təhlükədən qorxmadan, məhz xalqının yanında olduğunu və ona dayaq olduğunu bir daha sübut edən ümummilli lider Heydər Əliyevin Moskvada bu istiqamətdə siyasi iradə ortaya qoyduğunu vurğulayıb.
O, Prezident İlham Əliyevin bu sahədə apardığı daxili və xaricı siyasətdən də bəhs edib.
Toplantı açıq müzakirə şəklində keçirilib, diqər əməkdaşların çıxışları dinlənilib. Toplantının yekununda hər il olduğu kimi, 20 yanvar 2016-cı il tarixində Şəhidlər xiyabanının ziyarət olunması qərara alınıb.
Allah şəhidlərimizə rəhmət eləsin!