Bakı. Maksim Tsurkov - Trend:
"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Bakı-Aktau reysini təxirə salıb. Bu barədə Trend-ə Heydər Əliyev adına beynəlxalq hava limanından bildiriblər.
Bakıdan uçuş yerli vaxtla 27 yanvar saat 21:00-da olmalı idi.
Aeroportdan Trend-ə bildiriblər ki, uçuş təyyarənin sərnişinlə dolmaması səbəbindən təxirə salınıb.
Qeyd edək ki, şaxtalı və qarlı hava şəraitinə baxmayaraq hava limanı normal rejimdə işini davam etdirir.