Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:54-də yayımlanıb)
Bakı. Ənvər Məmmədov - Trend:
Fevralın 1-dən Azərbaycan-Rusiya dəmir yolunun bütün gömrük-keçid məntəqələri yük vaqonlarının dayandırılmadan yoxlanılması üçün xüsusi avadanlıqla təchiz ediləcək.
Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2015-ci ilin yekunlarına və qarşıdakı vəzifələrə həsr edilmiş mətbuat konfransında deyib.
O bildirib: "Biz Azərbaycandan çıxışda və ölkəyə girişdəki dəmir yollarında alman istehsalı olan xüsusi sistem quraşdırmışıq. Sistem iriqabaritli yük vaqonlarında təhlükəli yüklərin olub-olmamasını vaqonların hərəkət prosesində yoxlamağa imkan verəcək.
DGK sədrinin müavini Şahin Bağırov isə bildirib ki, Azərbaycanda analoji avadanlıq bütün avtomobil buraxılış məntəqələrində quraşdırılıb: "Dəmir yolunda bu sistem Gürcüstan və Rusiya istiqamətlərində tətbiq ediləcək".