...

"NBCBank" fəaliyyət lisenziyasını bərpa edib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2016 17:00 (UTC +04:00)
"NBCBank" fəaliyyət lisenziyasını bərpa edib.
"NBCBank" fəaliyyət lisenziyasını bərpa edib  (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Mərkəzi Bankının 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı ("NBC Bank" ASC-nin lisenziyasının geri çağrılması) qüvvədən düşmüş hesab olunur və "NBC Bank" ASC-nin lisenziyası bərpa olunur.

03.02.2016-cı il tarixindən "NBC Bank" ASC bütün bank əməliyyatları üzrə xidmət göstərəcək.

Bu barədə Trend-ə bankdan deyiblər.

Bankdan konsolidasiya məsələsini şərh edərkən qeyd ediblər ki, indiki mərhələdə "NBCBank" sərbəst fəaliyyət göstərmək istəyir. Bununla belə, bankdan belə imkanı istisna etməyiblər.

Qeyd edək ki, Mərkəzi Bank yanvarın 26-da "NBCBank"ın lisenziyasını geri çağırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti