...

Etibarlı və qazandıran pulqabınız - ALBALI PLUS Debet

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2016 16:16
Rahat, etibarlı və hər yerdə istifadəsi mümkün olan bir kart arzusundasınızsa, "Unibank"ın ALBALI PLUS debet kartını seçə bilərsiniz.
Etibarlı və qazandıran pulqabınız - ALBALI PLUS Debet

Trend-i buradan izləyin

Bakı. Trend:

Rahat, etibarlı və hər yerdə istifadəsi mümkün olan bir kart arzusundasınızsa, "Unibank"ın ALBALI PLUS debet kartını seçə bilərsiniz. ALBALI PLUS debet kartını həm manat, həm də dollar valyutasında sifariş etmək mükündür. "Unibank"ın ALBALI PLUS debet kartı istifadəçilərinə daha rahat və daha təhlükəsiz ödəniş etməklə yanaşı, vəsaitlərinin üzərinə əlavə 6%-dək gəlir qazanmaq imkanı yaradır.

"ALBALI PLUS" debet kart sahiblərinə daha hansı imkanlar verir?

Pulsuz nağdlaşdırma:

- ALBALI PLUS debet kartına sahib olmaq çox-çox sərfəlidir. Bu karta sahib olan hər kəs kartdan şəxsi vəsaitini "Unibank" bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra bilir. Çünki ALBALI PLUS debet kartı üzrə nağdlaşdırma komissiyası 0% təşkil edir.

Unikal depozit imkanı:

- ALBALI PLUS debet kartına sahib olan hər kəs kartın sərfəli debet imkanlarından istifadəylə yanaşı, həm də illik əlverişli gəlir əldə edə biləcək. Çünki bu kart istifadəçilərinə geniş depozit imkanları təqdim edir. Kartda olan vəsaitinizi istədiyinizdə nağdlaşdıra, istədiyinizdə isə depozit kimi saxlayıb əlavə gəlir qazana bilərsiniz. Kartda öz vəsaiti saxlayan müştərilər reytinqindən və vəsaitin valyutasından asılı olaraq, illik 6%-dək gəlir əldə edə bilərlər.

Hər iki beynəlxalq ödəniş sisteminə malikdir:

- ALBALI PLUS debet kartını sahib olmaq istəyənlər artıq rahat şəkildə kartlarının hansı bəynəlxalq ödəniş sisteminə aid olmasını özləri seçə biləcəklər. Beynəlxalq statusa malik olan ALBALI PLUS debet kartını həm "Visa", həm də "MasterCard" ödəniş sistemində sifariş etmək mümkündür.

"ALBALI PLUS" debet kartına sahib olmaq çox asandır. Bunun üçün işdən arayış almağa ehtiyac yoxdur, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən "Unibank" filialına müraciət edə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "Feysbuk" və "Tvitter" səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti