...

AİB-in missiyası ilə görüşdə iqtisadi islahatlar üzrə məsələlər müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2016 19:14 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov fevralın 5-də Asiya İnkişaf Bankının Azərbaycanda səfərdə olan missiyası ilə görüşüb.
AİB-in missiyası ilə görüşdə iqtisadi islahatlar üzrə məsələlər müzakirə olunub

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov fevralın 5-də Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda səfərdə olan missiyası ilə görüşüb.

Bankın Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən xanım Keti Culianın başçılıq etdiyi missiya ilə görüşdə ümumi makroiqtisadi vəziyyətin təhlili, makroiqtisadi sabitliyin qorunması istiqamətində islahatların müəyyən edilməsi, dövlətin iqtisadi islahatlarla əlaqədar orta və uzunmüddətli planları ilə bağlı məsələlər müzakirə olunub.

N.Əmirov bildirib ki, ölkədə iqtisadiyyatın dinamik inkişafı və maliyyə sistemində dayanıqlılığın təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş prinsipial siyasətin tərkib hissəsidir.

K.Culian qarşıdan gələn dövrdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa ümid etdiklərini, ölkəmizdə həyata keçirilən ciddi iqtisadi və struktur islahatlarını dəstəklədiklərini və bu istiqamətdə mövcud imkanlar çərçivəsində lazımi dəstəyi əsirgəməyəcəklərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti