...

Ziya Məmmədov: Bakı-Tbilisi-Qars layihəsinin dəyəri arta bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 18:56
Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan-Azərbaycan sahəsinin dəyəri arta bilər.
Ziya Məmmədov: Bakı-Tbilisi-Qars layihəsinin dəyəri arta bilər

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan-Azərbaycan sahəsinin dəyəri arta bilər. Trend-in "Business Georgia"ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Tbilisi şəhərində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclasından sonra mətbuat konfransında deyib.

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat naziri Dimitri Kumsişvili, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım da mətbuat konfransında iştirak edib.

Hazırda layihənin dəyəri 775 milyon dollardır.

Z.Məmmədov qeyd edib ki, layihənin bu il üçün büdcəsi 150-170 milyon dollar təşkil edir, lakin cari dünya maliyyə problemlərinə görə arta bilər: "Ümumiyyətlə, istənilən layihədə qiymət qalxır, çünki ilkin olaraq layihə hazırlanır, müəyyən təhlildən sonra rəsmi qiymət təyin edilir".

Gürcüstanlı nazir də Z.Məmmədovun layihənin dəyəri ilə bağlı bəyanatını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti