...

Kamp Keyr: Azərbaycanda biznes mühitinin inkişafı üçün ciddi işlər görülür

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2016 16:18 (UTC +04:00)
Etibarlı tərəfdaş olan Azərbaycanda biznes mühitinin inkişafı üçün əhəmiyyətli işlər görülür.
Kamp Keyr: Azərbaycanda biznes mühitinin inkişafı üçün ciddi işlər görülür

Bakı. Trend:

Etibarlı tərəfdaş olan Azərbaycanda biznes mühitinin inkişafı üçün əhəmiyyətli işlər görülür.

Trend-in məlumatına görə, bu sözləri Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin enerji və infrastruktur şöbəsinin müdiri Kamp Keyr Londonda keçirilən Azərbaycan-Böyük Britaniya iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın birinci iclasındakı çıxışında deyib.

K.Keyr Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb.

O, ölkəmizdə biznes üçün yaradılan şəraiti xüsusi qeyd edərək bildirib ki, Azərbaycanda biznes və investisiya mühitinin inkişafı üçün əhəmiyyətli addımlar atılır, ciddi islahatlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti