...

Azərbaycanın fond birjasında vahid ticarət və nəzarət sistemi işə salınıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2016 14:33 (UTC +04:00)
Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) binasında Azərbaycanın qiymətli kağızlar bazarında ticarət, ticarətsonrası və nəzarət sisteminin işə salınması mərasimi keçirilib.
Azərbaycanın fond birjasında vahid ticarət və nəzarət sistemi işə salınıb (FOTO)   (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:48-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) binasında Azərbaycanın qiymətli kağızlar bazarında vahid ticarət, ticarətsonrası və nəzarət sisteminin işə salınması mərasimi keçirilib.

Trend-in məlumatına görə, sistemi QKDK sədri Rüfət Aslanov, Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə qabaqcıl eksperti Anjela Priqojina və Koreya Fond Birjasının nümayəndəsi Yanq Sanq Kvon işə salıblar.

Sistem Azərbaycanın kapital bazarının təkmilləşdirilməsi çərçivəsində hazırlanıb və aparılan əmaliyyatlar üzərində nəzarəti gücləndirmək, bazarın peşəkar iştirakçılarından həyata keçirilmiş sövdələşmələr barədə hesabatların qəbulu prosesini eyniləşdirmək, mümkün manipulyasiyaların qarşısını almağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti