...

Samir Şərifov: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi iki faktorla şərtlənib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2016 12:50 (UTC +04:00)
Bu gün Milli Məclisdə 2016-cı il dövlət büdcəsinin yenilənmiş layihəsinin müzakirəsi başlayıb.
Samir Şərifov: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi iki faktorla şərtlənib (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

Bu gün Milli Məclisdə 2016-cı il dövlət büdcəsinin yenilənmiş layihəsinin müzakirəsi başlayıb.

Trend-in məlumatına görə, parlamentin plenar iclasında çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsinə dəyişikliklərin edilməsi iki faktorla şərtlənib: "Birincisi, son 18 ayda neftin qiymətinin 4 dəfədən çox azalmasıdır ki, bu da dövlət və icmal büdcələrin proqnozlaşdırılan gəlirlərini azaldıb. İkincisi, dekabrda manatın devalvasiyası və milli valyutanının üzən məzənnə rejiminə keçidi xarici valyutada ifadə edilmiş xərclərin nisbətsizliyinə gətirib çıxarıb".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə qeyd edib ki, dünyada baş verən proseslər istənilən halda Azərbaycan iqtisadiyyatına təsir edir: "2016-cı il dövlət büdcəsinə dəyişikliklərin edilməsinin əsas səbəbi onunla əlaqədardır ki, ölkə iqtisadiyyatı müəyyən dərəcədə son vaxtlar bir neçə dəfə azalan neftin qiymətindən asılıdır".

Onun sözlərinə görə, son 15 ildə dövlət büdcəsinin proqnozlarına dəyişikliklər üçün səbəb yaranmayıb.

Deputat qeyd edib ki, Azərbaycanın gələcəkdə dövlət büdcəsinin gəlirlərini artırmaq üçün kifayət qədər potensialı var.

Azərbaycanın 2016-cı il dəqiqləşdirilmiş icmal büdcəsinin gəlirləri 15 738,6 milyon manat səviyyəsində gözlənilir ki, bu da təsdiq edilmiş büdcə ilə müqayisədə 981,5 milyon manat və ya 5,9 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti