...

“Rolls-Royce Motor Cars” şirkəti “Phantom VII”nin istehsalını dayandırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2016 14:57 (UTC +04:00)
“Rolls-Royce Motor Cars” şirkətinin baş icraçı direktoru Torsten Müller-Otvos (Torsten Müller-Ötvös) bildirib ki, 2016-cı ildə şirkət cari nəsil “Phantom” modelinin istehsalınııdayandıracaq.
“Rolls-Royce Motor Cars” şirkəti “Phantom VII”nin istehsalını dayandırır

Bakı. Trend:

"Rolls-Royce Motor Cars" şirkətinin baş icraçı direktoru Torsten Müller-Otvos (Torsten Müller-Ötvös) bildirib ki, 2016-cı ildə şirkət cari nəsil "Phantom" modelinin istehsalınııdayandıracaq. Bir müddət öncə isə şirkət 2018-ci ildən etibarən bütün "Rolls-Royce" modellərində istifadə olunacaq yeni alüminium platformasını sınamağa başladığını elan edib. Baş icraçı direktor onu da bildirib ki, "Phantom Coupe" və "Drophead Coupe" modelləri gələcəkdə istehsal olunmayacaq. Bu əfsanəvi modellərin dövrünün bitməsi 50 möhtəşəm avtomobildən ibarət xüsusi "Phantom Zenith" kolleksiyası ilə qeyd olunacaq.

Yeddinci nəsil "Rolls-Royce Phantom" modelinin istehsalına 13 il bundan öncə başlanılıb. Bu model "Rolls-Royce Motor Cars" brendinin dirçəlişində aparıcı rol oynayıb. Hazırda isə dəbdəbənin zərif və güclü göstəricisi sayılan möhtəşəm "Phantom VII" öz tarixinin sonuna yaxınlaşır.

Bu ilin noyabrında Qudvud əyalətində yerləşən "Rolls-Royce" zavodunda "Phantom Coupe" və "Drophead Coupe" modellərinin son nüsxələri buraxılacaq ki, bir müddət sonra bu nəsil avtomobillərin istehsalı dayandırılacaq. Lakin kolleksiyaçıları şad xəbər də gözləyir, belə ki, istehsalın dayandırılmasına qədər 50 xüsusi avtomobildən ibarət "Phantom Zenith" kolleksiyasını buraxacaq. Bunula yanaşı, bu il "Phantom VII" limuzinlərinin son nüsxələri də istehsal olunacaq.

"Mən fəxr və həyəcan ilə bildirirəm ki, yaxın zamanda biz qabaqcıl texnologiyalar və dizayn yenilikləri ilə istehsal olunmuş dəbdəbəli və müasir yeni "Phantom" avtomobilini təqdim edəcəyik. "Phantom" avtomobillərinin hər yeni nəsli - avtomobil tarixində yeni dövr yaradır, ona görə də biz mükəmməlliyi əldə etməyə çalışırıq", - deyə T. Müller-Otvos bildirib.

"Rolls-Royce Motor Cars" şirkəti ilk dəfə "Phantom VII" modelini 2003-cü ildə təqdim edib və bununla da ultra-lüks avtomobil istehsalında yeni yüksək standartları müəyyənləşdirib. "Phantom VII" 13 ildən çox dəbdəbənin etalonu hesab olunub. Bu illər ərzində öz gözəlliyi ilə dünyanı heyrətləndirmiş və dəbdəbəli avtomobil anlayışını yenidən yaratmış bir sıra möhtəşəm "Phantom" modeli Qudvudda istehsal olunub. İndi isə məşhur modelin tarixində yeni səhifə açmaq vaxtıdır.

"Phantom VII": əfsanəvi modelin dəbdəbəli qürubu
Dünya avtomobil səhnəsini tərk etməyə hazırlaşan "Phantom VII" hələ də unikal və bənzərsiz dəbdəbə etalonu sayılır: hər biri tarixin son nüsxəsi olacaq və məhdud sayda istehsal ediləcək kolleksiya modelləri "Phantom VII"nin yolunu tamamlayacaq. "Rolls-Royce Motor Cars" şirkətinin "Bespoke" seriyasına cavabdeh dizaynerlər "Phantom Coupe", "Drophead Coupe" və "Limousine" modellərinin unikal variantlarını hazırlayacaqlar. Hər bir "Rolls-Royce" avtomobilini əl ilə istehsal edən istedadlı mütəxəssislər unikal və unudulmaz avtomobilləri yaratmaq üçün uzun və zəhmət tələb edən işə indidən hazırlaşırlar.

"Phantom Zenith" kolleksiyası: şöhrət zenitində
İlk xüsusi kolleksiya "Phantom Zenith" adlandırılacaq ki, bura "Rolls-Royce Motor Cars" şirkətinin istehsal etdiyi son 50 "Phantom Coupe" və "Drophead Coupe" modelləri daxil olacaq.

"Zenit - inkişaf, zirvə və mükəmməlliyin etalonu deməkdir, - deyə "Rolls-Royce Motor Cars" şirkətinin baş dizayneri Cayls Teylor (Giles Taylor) qeyd edib. - Kolleksiya öz adını tamamilə doğruldacaq. "Phantom Zenith" seriyası "Phantom Coupe" və "Drophead Coupe" avtomobillərində istifadə olunmuş ən yaxşı seçimləri əks etdirəcək və müştərilərə bir neçə xoşagələn sürprizlər təqdim edəcək. Bir daha istehsal olunmayacağına görə bu kolleksiyanın müştərilər arasında yüksək maraq yaradacağını düşünürük".

Xoş sürprizlər sırasında avtomobilin yük bölməsinə yerləşdirilmiş piknik üçün ləvazimatlar, lazer ilə işlənmiş və "Rolls-Royce" 100EX və 101EX modellərinin dünyaya ilk dəfə nümayiş olunduğu Villa d'Este və Cenevrə şəhərlərinin qoltuqaltında görüntüləri və əfsanəvi "Spirit of Ecstasy" heykəlciyinin yeni təfsiri yer alıb. Bundan başqa, hər bir alıcıya qiymətli suvenir təqdim olunacaq. Kolleksiyaya daxil olacaq avtomobillər "Rolls-Royce" tarixinin fərqli dövrlərinə həsr olunmuş maraqlı rənglər qammasında təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti