...

Beynəlxalq ekspertlər sahibkarlara lisenziyaların verilməsi prosesini yüksək qiymətləndirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2016 12:23 (UTC +04:00)
Beynəlxalq ekspertlər lisenziyaların verilməsi prosesini yüksək qiymətləndirirlər.
Beynəlxalq ekspertlər sahibkarlara lisenziyaların verilməsi prosesini yüksək qiymətləndirib (FOTO)

Bakı. Trend:

Beynəlxalq ekspertlər lisenziyaların verilməsi prosesini yüksək qiymətləndirirlər.

İqtisadiyyat Nazirlyiinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə səfərdə olan ekspertləri 5 saylı Bakı "ASAN xidmət" mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara lisenziyaların verilməsi və bu sahədə xidmətlərin göstərilməsi prosesini izləyiblər.

Beynəlxalq ekspertlər sahibkarlara lisenziyaların qısa müddətdə, şəffaf şəkildə və müddətsiz verilməsini yüksək qiymətləndirib, göstərilən xidmətlərin səviyyəsindən razılıqlarını bildiriblər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə indiyədək sahibkarlıq subyektlərinə 890-dan çox lisenziya verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti