...

Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasının qanuni tənzimlənməsi qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2016 13:26 (UTC +04:00)
Milli Məclis bu gün plenar iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasını nəzərdə tutan qanunvericilikdə dəyişikliklər paketini qəbul edib.
Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasının qanuni tənzimlənməsi qəbul edilib

Bakı. Azad Həsənli - Trend:

Milli Məclis bu gün plenar iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasını nəzərdə tutan qanunvericilikdə dəyişikliklər paketini qəbul edib.

Trend-in məlumatına görə, Vergilər və Mülki Məcəllələrə, İnzibati Xətalar Məcəlləsinə, "Mərkəzi Bank haqqında", "Banklar haqqında", "Poçt haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "İnvestisiya fondları haqqında", "Sığorta fəaliyyəti haqqında", "Lotereyalar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında" qanunlara və digər qanunlara dəyişikliklər qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti