...

Mərkəzi Bank üzən məzənnə siyasətindən imtina məsələsinə aydınlıq gətirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2016 10:14 (UTC +04:00)
Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur.
Mərkəzi Bank üzən məzənnə siyasətindən imtina məsələsinə aydınlıq gətirdi

Bakı. Trend:

Mərkəzi Bank üzən məzənnə siyasətindən imtina məsələsinə aydınlıq gətirib. Bu barədə Trend-ə Mərkəzi Bankdan verilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, Mərkəzi Bank üzən məzənnə siyasətindən imtina etməyi planlaşdırmır.

Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur.

Qeyd olunur ki, Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına hər hansı məktub ünvanlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti