...

Natiq Əmirov banklarda manat likvidliyinin çatışmazlığından danışdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2016 15:48 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası ötən gün fəaliyyətə başlayıb.
Natiq Əmirov banklarda manat likvidliyinin çatışmazlığından danışdı

Bakı. Azad Həsənli - Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası ötən gün fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, bunu Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Palata, Mərkəzi Bank və hökumət banklarda manat likvidliyinin çatışmazlığı ilə bağlı problemlər barədə düşünür: "Lakin təkliflərin çoxu likvidliyin pul kütləsinin emissiyası yolu ilə artırılması ilə bağlıdır".

N.Əmirovun fikrincə, bu metod qısamüddətli - 1-2 gün səmərə verə bilər: "Likvidliyin artırılması üçün ən doğru yol dedollarlaşma prosesidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti