Bakı. Azad Həsənli - Trend:
Azərbaycanın bank sektorunda korporativ idarəetmə ilə bağlı ciddi problemlər var.
Trend-in məlumatına görə, bunu Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, bəzi bank sahibləri bankları mağaza qismində nəzərdən keçirir və kimə kredit verməyi göstətir: "Biz bankları ilk növbədə onların sahiblərindən qorumalıyıq"
N.Əmirov qeyd edib ki, banklar öz kredit siyasətini düzgün müəyyənləşdirməlidir: "Kreditlər və əmanətlər üzrə faiz dərəcələri optimallaşdırılmalıdır".