Bakı. Azad Həsənli - Trend:
Maliyyə və Vergilər nazirlikləri gömrük və vergi ödənişlərinin koordinasiyası üçün birgə iş görür.
Trend-in məlumatına görə, bunu Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda deyib.
O, qeyd edib ki, bu sahədə maraqlar kifayət qədər toqquşur: "Bizim konkret reseptimiz (problemin həlli - red.) yoxdur, lakin problem var və biz onun həlli üzərində işləyirik".