Bakı. Azad Həsənli - Trend:
Vüqar İsmayılov Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurasının sədrinin müavini vəzifəsini tərk edib.
Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, o, 2009-cu ildən Müşahidə Şurasının tərkibinə daxil olub.
Hazırda Vasili Titovun başçılıq etdiyi Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurasının tərkibinə onun müavini Sergey Tsarev, Müşahidə Şurasının üzvləri Anna Skrınçenko, Bayram Vəliyev, Rəşad Rəsullu və Müseyib Əliyev daxildir.