...

Mərkəzi Bank “Banklararası Kart Mərkəzi”ni istismara verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2016 12:16 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı ölkədə nağdsız hesablaşmaların inkişafı, ödəniş kartları infrastrukturunun daha effektiv fəaliyyət göstərməsi istiqamətində fəaliyyətini davam etdirir.
Mərkəzi Bank “Banklararası Kart Mərkəzi”ni istismara verdi

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı ölkədə nağdsız hesablaşmaların inkişafı, ödəniş kartları infrastrukturunun daha effektiv fəaliyyət göstərməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bankdan Trend-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən növbəti tədbir ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsini təmin edən Banklararası Kart Mərkəzinin (BKM) istismara verilməsidir.

Beynəlxalq təcrübədə mövcud olan son nailiyyətlərin tətbiqi ilə Mərkəzi Bank tərəfindən yaradılan BKM cari ilin 1 aprel tarixindən etibarən tam istismara verilmişdir.

BKM ölkədə prosessinq fəaliyyəti göstərən bütün təşkilatların infrastrukturları arasında interfeysi təmin edir və bununla da rezident banklar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı artıq bu infrastruktur vasitəsilə həyata keçirilir.

BKM-nin yaradılması ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə hesablaşmalarda effektivliyin daha da artırılması, xidmət haqlarının bazar tələblərinə uyğun olaraq çevik tənzimlənməsinin təşkili, habelə nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti