...

Türkmənistan gəmisi Bakıda təmirdən çıxdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2016 18:54 (UTC +04:00)
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Zığ” gəmi təmiri zavodunda Türkmənistanın “Şirin” yedək gəmisinin təmiri yekunlaşıb.
Türkmənistan gəmisi Bakıda təmirdən çıxdı

Bakı. Trend:

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Zığ" gəmi təmiri zavodunda Türkmənistanın "Şirin" yedək gəmisinin təmiri yekunlaşıb.

Gəmiçilikdən Trend-ə verilən məlumata görə, türkmənistanlı həmkarlarımızın sifarişi ilə gəminin mexanizmlərində, vint-sükan qurğusunda zəruri təmir işləri aparılıb, gövdənin sualtı hissəsi təmizlənərək rənglənib.

"Zığ" zavoduna qəbul edilmiş daha 2 Türkmənistan gəmisində - "Soltan" və "Bossan" təchizat-yedək gəmilərində də təmir prosesi yekunlaşmaq üzrədir. Onların da yaxın günlərdə sifarişçiyə təhvil veriləcəyi gözlənilir.

Gəmilərin sahibi təmirin səviyyəsindən razıdır və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətindədir.

Qeyd edək ki, 2016-cı ildə daha bir neçə xarici gəminin bizim zavodlarda təmiri planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti