...

Azərbaycan və Gürcüstan malların birgə sərhəddən keçirilməsini sürətləndirəcəklər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2016 12:23 (UTC +04:00)
Malların Azərbaycan-Gürcüstan sərhəddi vasitəsilə keçirilməsi xeyli sürətləndiriləcək.
Azərbaycan və Gürcüstan malların birgə sərhəddən keçirilməsini sürətləndirəcəklər   (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:23-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Malların Azərbaycan-Gürcüstan sərhəddi vasitəsilə keçirilməsi xeyli sürətləndiriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai deyib.

O, Bakıda Azərbaycan və Gürcüstan arasında "Qırmızı körpü" nəzarət buraxılış məntəqəsinin inkişafına dəstək layihəsinə həsr edilmiş konfransda iştirak edir.

Q.İsaqzainin sözlərinə görə, bu layihə Azərbaycan, Gürcüstan və Aİ üçün çox vacibdir: "Layihənin əsas məqsədlərindən biri Azərbaycan və Gürcüstan arasındakı sərhədin təhlükəsizliyi, malların keyfiyyətinin qorunmasıdır".

Aİ-nin Azərbaycandakı səfiri Malena Mard isə jurnalistlərə deyib ki, layihəni iki il ərzində başa çatdırmaq planlaşdırılır: "Aİ layihəyə 2,7 milyon avro ayırıb, bunu 1,8 milyonu Azərbayana verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti