Bakı. Trend:
Qarşılayın, ExpressClub şəbəkəsinin yeni tərəfdaşı!
Bir neçə gün öncə Expressbank, plastik kart sahibləri üçün "Xərclərinizi gəlirə çevirin" şüarı altında yeni ExpressClub xidmətini təqdim etdi.
Bu barədə Trend-ə bankdan məlumat verilib.
Xatırladaq ki, ExpressClub-un şərtlərinə görə Expressbank-ın bütün plastik kart sahibləri (əmək haqqı kartları da daxil olmaqla) "cash back" xidməti vasitəsi ilə ölkədaxili Pos-terminallarda alış-veriş zamanı ödənilmiş malın və ya xidmətin dəyərinin bir hissəsini kartlarına geri qazanırlar.
Əgər iki gün öncə ExpressClub tərəfdaşlar şəbəkəsinə 200-dən artıq satış məntəqəsi daxil idisə, bu gün artıq bu siyahı yenilənərək 270-dək satış nöqtəsini əhatə edir. Belə ki, siyahıya əlavə olunan MyBrands mağazalar şəbəkəsinin müştəriləri də plastik kartla alış-veriş edən zaman xərclədikləri məbləğin bir hissəsini karta geri alacaqlar.
Expressbank-ın ödəniş kartları ilə xərclərinizi gəlirə çevirin!
ExpressClub haqqında
ExpressClub-un başlıca üstünlüyü ondan ibarətdir ki, "cash back" Bank-ın bütün plastik kartlarına şamil olunur və artıq müştərilərə saysız endirim və bonus kartlarını özləri ilə gəzdirməyə ehtiyac qalmır.
ExpressClub şəbəkəsinə daxil olmayan müəssisələrdə alış-veriş edən müştərilər isə xərclədikləri vəsaitin 0,3%-ni karta geri alacaqlar.
ExpressClub tərafdaş şəbəkəsi və "cash back" xidməti haqqında daha ətraflı məlumat üçün müştərilər 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya ExpressClub-un rəsmi Facebook səhifəsinə https://www.facebook.com/ExpressClub-1716176641993518/ daxil ola bilər.