...

BakıKART vahid nəqliyyat kartlarının turizm məqsədləri üçün istifadəsi təklif olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2016 18:33 (UTC +04:00)
Hotellər və Restoranlar Assosiasiyası BakıKART vahid nəqliyyat kartlarının turizm məqsədləri üçün istifadə edilməsinı təklif edir.
BakıKART vahid nəqliyyat kartlarının turizm məqsədləri üçün istifadəsi təklif olunur

Bakı. Trend:

Hotellər və Restoranlar Assosiasiyası BakıKART vahid nəqliyyat kartlarının turizm məqsədləri üçün istifadə edilməsinı təklif edir.

Belə ki, Assosiasiyadan Trend-ə verilən məlumatda deyilir ki, təşkilatın ekspertləri Almaniya, Fransa, Hollandiya və bir sıra digər dövlətlərin təcrübəsini öyrənərək yeni təkliflə çıxış ediblər.

Bildiyimiz kimi ötən ildən etibarən Bakı şəhərində BakıKART vahid nəqliyyat kart sistemi çalışır. Bu kart Bakı Metropoliteni və BakuBus şirkətinin şəhər marşrutu avtobuslarında ödəniş aparmaq üçün istifadə edilir.

Assosiasiyanın mütəxəssisləri bir sıra dövlətlərin bu sahədə təcrübələrini araşdıraraq aşkar etmişdirlər ki, vahid nəqliyyat kartları içtimai nəqliyyatdan istifadə etməklə yanaşı şəhərin qonaqları və turistləri üçün maraqlı olan müxtəlif digər xidmətlər də təklif edirlər. Bunlar sırasında muzeyləri, teatrları, sərgiləri, kinoteatrları, tarixi-memarlığ abidələrini və digər mədəniyyət ocaqlarını ziyarət etmək imkanları, hotellərdə, restoranlarda, klublarda, əyləncə mərkəzlərində, ticarət obyektlərində endirimlər əldə etməyi, şəhər üzrə müxtəlif turların təkliflərini və sair turizm baxımından faydalı xidmətlərin təklifini sadalamaq olar.

Bakı şəhəri artıq çox saylı turistlər və qonaqlar qəbul edir və bu say artmaqdadır, Bakı bir sıra beynəlxalq və iri miqyaslı tədbirlərə ev sahibliyi edir. Şəhərin turizm infrastrukturu gündən günə genişlənir və bununla yanaşı turistlər üçün yeni təkliflər və xidmətlər də artırlar. Bakı şəhərinin mədəniyyət ocaqları, tarixi memarlığ abidələri, qoruğları gələn turistlərdə yüksək marağ doğururlar.

Bunları nəzərə alaraq Assosiasiyanın mütəxəssisləri nəqliyyat kartlarının xidmət yükünü artırarağ müxtəlif əlavə xidmətlərin tətbiqini səmərəli və məqsədəuyğun hesab edirlər. Hotellər və Restoranlar Assosiasiyasının idarə Heyətinin sədri Samir Dübəndi deyib ki: "Şərt deyir ki, biz bu kartların istifadəsini digər dövlətlərdə eyni olduğu kimi edək, biz mütləq yerli imkanlarımızı və turizm, xidmətlər və əyləncə infrastrukturunu təhlil etməliyik və şəhərimizə uyğun formatda bu kartların istifadəsini düşünməliyik. Əgər Parisdə, Amsterdamda, Roterdamda, Berlində, Drezdendə, Münxendə nəqliyyat kartları ilə muzeylərə, şəhər turlarına və bəzi hallarda hətta digər yaxın şəhərlərə getmək imkanları ödənişsiz və yaxud endirimli qiymətlərlə təklif edilirsə, Bakıda bu imkanların sayı ilkin mərhələdə məhdud ola bilər. Eyni zamanda biz texniki imkaları da araşdırmalıyıq."

Təşəbbüsün açıqlanmasında qeyd edilir ki, Bakı şəhərində bir sıra xidmətlər və mədəniyyət ocaqları var ki, bunların nəqliyyat kartlarına bağlanması artıq mümkündür. Ekspertlər xüsusilə mədəniyyət ocaqları olan muzeylərin, tarixi-memarlığ qoruğları və komplekslərin, teatrların və sair turizm baxımından marağlı məkanların adlarını qeyd edirlər. Eyni zamanda Baku City Sightseeng tərəfindən təklif edilən şəhər turu, turizm agentlikləri tərəfindən təklif edlən piyalı turların da bu siyahıya əlavə edilməsi haqqında fikirlər söyləniblər. Bunlarla yanaşı bildirilir ki, sadalanan xidmətlərdən və imkanlardan nəqliyyat kartları ilə istifadə edilməsi xarici turistlərlə yanaşı Bakı şəhərinin sakinləri və yerli turistlər üçün də marağlı olmalıdır. Belə bir sistemin tətbiqi muzeylərin, teatrların, qoruğların ziyarətçilərinin sayını artırar, ümümilikdə Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi dəyərlərinin təbliğinə və təşviqinə böyük bir töhfə qətirə bilər. Eyni zamanda Bakı şəhəri üzrə müxtəlif turların satışına və bu xidmətlərdən kütləvi istifadəsi üçün imkanlar yarada bilər. Digər tərəfdən kartların universallığını təmin edərək hotel, restoran, ticarət sahələrində müxtəlif endirimlər də tətbiq etmək mümkündür. Ekspertlər hesab edirlər ki, hətta bu kartlar vasitəsilə turistələr elektron xəritə əldə edə bilərlər və olduqları məkanı müəyyən edərək düzgün marşrut üzrə hərəkətlərini və ziyarət etdikləri obyektləri rahat seçə bilərlər. Bu əməliyyatlar şəhər avtobus dayanacaqlarında NİİM Nəqliyyatı İntellektual İdarəedilmə Mərkəzi tərəfindən quraşdırılmış informasiya terminalları vasitəsilə həyata keçirmək olar.

Biz müşaidə edirik ki, Bakı şəhərində nəqliyyat infrastrukturu təkmilləşir və inkişaf etməkdədir, artıq şəhərin qonaqları da şəhər nəqliyyatından istifadə etməyə başlayıblar. Misal olaraq təklif edilib ki, əgər ölkəyə daxil olan turistlərin aeroportlarda, turizm informasiya ofislərində, dayanacaqlarda, metro stansiyalarında və digər məkanlarda kartları əldə etmək imkanları olarsa, onlar həm nəqliyyatdan və eyni zamanda əlavə təklif edilən xidmətlərdən və endirimlərdən vahid kart vasitəsilə rahat istifadə edə bilərlər. Bu ölkənin regionlarından paytaxta gələn insanlar üçün də əlavə imkanlar yarada bilər. Kartın populyarlaşması üçün BakuBus şirkətinin avtobuslarındaki monitorlardan, şəhər nəqliyyatı dayanacaqlarında informasiya terminallarından və digər informasiya vasitələrdən istifadə etmək olar.

Hotellər və Restoranlar Assosiasiyasının rəhbərliyi bir sıra təşkilatlara müraciət edib və nəqliyyat kartlarının mədəniyyət və turizm imkanları ilə inteqrasiya edilməsi, məsələnin inzibatı, texniki, maliyyə və sair imkanlarını müzakirəyə çıxarıb.

Assosiasiya bütün əlaqəli dövlət və özəl təşkilatları irəli sürülmüş təşəbbüs ətrafında birləşməyə çağırır. Məsələ ilə əlaqədar hər bir kəsin fikirlərinın, təklif və təşəbbüslərinin vacib olduğu bildirilir.

Hotellər və Restoranlar Assosiasiyası 2009-cu ildən fəaliyyətini uğurla davam edir. Təşkilatın əsas məqsədi Azərbaycan turizm və qonaqpərvərlik sənayesində sivil bazar münasibətlərinin formalaşmasında yardımçı olmaq, müasir turizm və xidmət texnologiyalarından istifadə edərək sənayenin inkişafına təkan vermək, turizm və qonaqpərvərlik sənayesinin hər bir iştirakçısının maraq və mənafeələrini üstün tutaraq ölkə iqtisadiyyatının davamlı inkişaf proseslərində fəal iştirak etməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti