...

AzSığorta qəza komissarlarının toplantısını keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2016 12:49 (UTC +04:00)
AzSığorta qəza komissarlarının toplantısını keçirib.
AzSığorta qəza komissarlarının toplantısını keçirib

Bakı. Trend:

AzSığorta şirkəti həm özünün, həm də müştərilərinin mənafelərini qorumaq məqsədilə 13-14 mayda Xaçmaz şəhərində AzSığorta-nın Sığorta Hadisələri Departamentinin və filialların qəza komissarları üçün qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsinin "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar" fəsli üzrə treninq keçirib.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Bildirilir ki, yol-hərəkəti qaydalarının tətbiqi mövzusunda nəzəri bilikləri yoxlanılıb.

Təlimdə komissarlara baş vermiş yol-nəqliyyat hadisələrində sığortalı sürücülərə hüquqi yardımın göstərilməsi və eyni zamanda qeyri-qanuni hallarla mübarizənin aparılması öyrədilib.

Qeyd edək ki, şirkət, bu toplantıları mütəmadi keçirmək niyyətindədir. Birinci belə toplantı isə keçən ilin noyabr ayında baş tutub - Yevlax şəhərində, qəza komissarlarına "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilatı əsasları" mövzusunda təlim keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti