...

"InvestAZ"-dan Dünya Maliyyə birjalarından həftəlik analiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2016 11:37 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
"InvestAZ"-dan Dünya Maliyyə birjalarından həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamentindən Trend-ə verilən məlumata görə, analiz aşağıdakı kimidir:

OIL

Son bir həftədir neft qiymətlərinin qismən ucuzlaşması müşahidə edilir, lakin InvestAZ analitiklərinin fikrincə, bu, müvəqqəti xarakter daşıyır. Hal-hazırda 50 dollardan qismən ucuz ticarət edilən Brent markalı neftin bir barel qiymətinin 50 dolları yuxarı istiqamətdə kəsilməsi gözlənilir.

GOLD

Qızılın bir unsiya qiyməti ilin əvvəlindən 1300 dollara bahalaşdıqdan sonra son bir həftə ərzində ucuzlaşdığının şahidi oluruq. InvestAZ analitiklərinin fikrincə, hal-hazırda 1250 dollar civarında təklif edilən qızılın bir unsiya qiyməti yenidən 1300 dolları yuxarı istiqamətdə qıraraq, 1400 dollara kimi bahalaşa bilər.

USD

Keçən həftə FED-in aprel ayı toplantısı ilə bağlı yayımladığı protokoldan sonra dolların dünya birjalarında bahalaşması sürətlənmişdir. Protokola əsasən, kredit faiz dərəcələri iqtisadi inkişafın sürətlənməsi ilə yenidən artırıla bilər. ABŞ iqtisadiyyatı ilə bağlı sonuncu məlumatlar isə onu göstərir ki, ikinci rübdə iqtisadiyyatın inkişaf sürəti artıb və inflyasiya isə aprel ayında 1%-in üzərinə yüksəlib.

EUR

Avro son bir neçə aydır investorlarına 8%-dən çox gəlir qazandırmışdır və analitiklərin fikrincə, qiymətlər daha da bahalaşa bilər. Son iki həftədir dolların bahalaşması fonunda avronun ucuzlaşdığının şahidi olsaq da, bu, korrektiv xarakter daşıyır və qiymət yenidən 1.16 səviyyəsini yuxarı istiqamətdə kəsməklə, artım trendini bərpa edə bilər.

GBP

Böyük Britaniya maliyyə bazarlarında isə funtun keçən həftə ərzində yenidən bahalaşmaqda davam etdiyinin şahidi oluruq. Ölkədə aparılan sonuncu sorğularda Böyük Britaniyanın Avropa Birliyindən ayrılmamasının tərəfdarlarının artması göstərilib və nəticədə, funt keçən həftə ərzində yenidən 2%-dən çox bahalaşmışdır. Qiymətlərin daha da bahalaşa bilməsi üçün investorlar 1.47 səviyyəsinin yuxarı istiqamətdə kəsilməsini gözləyir.

TRY

Türkiyədə isə siyasi risklər fonunda türk lirəsinin ucuzlaşması davam edir (USD/TRY bahalaşmışdır). Lakin dünya birjalarında 2.98 lirəyə təklif edilən USD/TRY cütlüyü 3.00 lirə altında qaldıqca, yenidən 2.63 lirəyə kimi ucuzlaşa bilər (lirənin bahalaşması).

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti" QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti