...

Azərbaycanda fiziki şəxslərin gömrük güzəştlərindən qanunsuz istifadəsinə qarşı mübarizə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2016 12:53 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) fiziki şəxslər tərəfindən gömrük güzəştlərinin qeyri-leqal istifadəsinin qarşısının alınması ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə göndərib.
Azərbaycanda fiziki şəxslərin gömrük güzəştlərindən qanunsuz istifadəsinə qarşı mübarizə başlayır

Bakı. Azad Həsənli - Trend:

Dövlət Gömrük Komitəsi (DGK) fiziki şəxslər tərəfindən gömrük güzəştlərinin qeyri-leqal istifadəsinin qarşısının alınması ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə göndərib.

Trend-in məlumatına görə, bunu DGK sədri Aydın Əliyev "Multisektorial əməkdaşlıq: müasir dövrdə iqtisadiyyatın inkişafında gömrük xidmətinin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Kabineti bu məsələ üzrə müvafiq qərar qəbul edəcək.

A.Əliyev ölkədə gömrük xidmətinin tarixi və son illər gömrük sahəsinin inkişafı üzrə aparılmış tədbirlər barədə danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti