Bakı. Trend:
"Unibank" 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Vətənə xidmət etməyi şərəf bilən hərbçilərimiz başda olmaqla, hər birinizi təbrik edir.
Bayramla əlaqədar olaraq, bank hərbçilər üçün xüsusi kampaniya keçirir. 23-24 iyun tarixlərində keçirilən kampaniya çərçivəsində hərbçilər bank filiallarına müraciət edərək 5000 AZN-dək komissiyasız nağd kredit əldə edə bilərlər. 0% komissiyalı kreditlər 2 ilədək müddətə verilir.
"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" və "twitter" səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.