AMEA-nın Fizika İnstitutuna ayrılmış vəsaitlərin xərclənməsində nöqsanlar aşkarlanıb

AMEA-nın Fizika İnstitutuna ayrılmış vəsaitlərin xərclənməsində nöqsanlar aşkarlanıb

Bakı. Trend:

Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən 2013-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.M. Abdullayev adına Fizika İnstitutuna ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan Trend-ə verilən məlumata görə, AMEA-nın akademik H.M. Abdullayev adına Fizika İnstitutu dövlət büdcəsindən ayrılmış vəsaitləri 2013-cü ildə 99,4%, 2014-cü ildə 97,4% və 2015-ci ildə 97,6% səviyyəsində icra edib, auditin əhatə etdiyi hər bir il üzrə AMEA tərəfindən İnstitutun xərclər smetasında müvafiq qaydada bir neçə dəfə dəqiqləşdirmə aparılıb. Audit tədbiri ümumilikdə 11719,2 min manat məbləğində vəsaiti əhatə edib, Fizika İnstitutunun 2015-ci il üçün saxlanılması xərcləri 2013-cü illə müqayisədə 0,97% çox, 2014-cü illə müqayisədə isə 1,15% az olmaqla 3903,9 min manat təşkil edib.

Əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması zamanı müəyyən edilib ki, İnstitut tərəfindən tarif dərəcələri düzgün tətbiq olunmayıb, Əmək Məcəlləsinin bəzi tələblərinə əməl edilməməsi nəticəsində işçilərə əlavə əmək haqqı ödənilib, keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə yerli iştirakçıların sayının çox göstərilməsi nəticəsində artıq büdcə vəsaiti xərclənib.

Auditlə əhatə olunan dövrdə altı elmi proqrama 1622,4 min manat vəsait sərf edilib, bu məbləğin 44,5%-ni əmək haqqı və 9,8%-ni sosial-sığorta xərcləri təşkil edib, 17,8%-i malların (işlərin və xidmətlərin), 21,2%-i əsas vəsaitlərin və 6,7%-i proqram təminatının alınması ilə bağlı olub. Elmi proqramların araşdırılması zamanı bir halda internetə çıxışının təmin olunmaması səbəbindən proqramın daimi işlək vəziyyətdə olmadığı, proqram təminatının istifadəsinə xüsusi lisenziyanın tələb olunmadığı halda bu məqsədlə vəsait xərc edildiyi, eyni zamanda elmi proqramlar üçün ayrılmış ezamiyyə xərclərinin digər işçilərin ezamiyyə xərclərinin ödənilməsinə yönəldildiyi müəyyən olunub.

Maliyyə hesabatlarının təhlili zamanı müəyyən edilib ki, İnstitutun ehtiyatları əvvəlki dövr ilə müqayisədə 30,2 min manat və ya 15%, əsas vəsaitləri 9449,5 min manat və ya 3 dəfə artıb, debitor borclar 7732,0 manat və ya 38%, qısamüddətli kreditor borclar isə 2375,0 manat azalıb. Qeyd edilib ki, əsas vəsaitlərin artımı əvəzsiz verilmiş vəsaitlər hesabına olub, eyni zamanda gəlir vergisi və sosial sığorta haqqı üzrə ilin sonuna debitor borc yaranıb.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.M. Abdullayev adına Fizika İnstitutu tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.M. Abdullayev adına Fizika İnstitutuna göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə və aidiyyəti üzrə AMEA-ya məlumat verilib.

Türk Ticarət-Sənaye Palatası “Azərbaycana dəstək” şüarı ilə növbədənkənar iclas keçirəcək
Türk Ticarət-Sənaye Palatası “Azərbaycana dəstək” şüarı ilə növbədənkənar iclas keçirəcək
Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı artıb
Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı artıb
Bu il Şəki rayonunda 3 min tondan çox quru tütün istehsal edilib
Bu il Şəki rayonunda 3 min tondan çox quru tütün istehsal edilib
Loading Bars
Xəbər lenti
Ermənistan Azərbaycanda strateji obyektlərə zərbələr endirib - Baş prokuror
Azərbaycanda 1022 nəfər COVID-19-a yoluxub, 480 nəfər sağalıb, 10 nəfər vəfat edib
Prezident İlham Əliyev: Cəbrayıl, Zəngilan və Qubadlı rayonunun daha bir neçə kəndi işğaldan azad edilib
Ermənistan terroru nəticəsində 7 ailə tamamilə məhv olub - Kamran Əliyev
Ermənistan tərəfindən döyüşlərə cəlb olunan bir neçə əcnəbi beynəlxalq axtarışa verilib - ADLAR
Ermənistanın Bərdəyə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var
Azərbaycan ordusu Dağlıq Qarabağın ətrafındakı bir sıra rayonları Ermənistanın işğalından azad edə bilib - “Washington Post”
İşğal edilmiş ərazilərdə qanunsuz əldə olunan vəsaitlər Ermənistanın bank hesablarına keçirilib - Prezidentin köməkçisi
İranda koronavirusa yoluxanların sayı 600 min nəfəri keçib
Aİ-nin videokonfransında Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib (FOTO)
Azərbaycan Avropa Məhkəməsinə müraciət edib - Elçin Əmirbəyov
Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 52 cinayət işi başlanıb
Karantin rejiminin tələblərini pozan 26 ictimai iaşə obyekti aşkarlandı
Ermənistan atəşi nəticəsində 1-i körpə, 10-u uşaq, 27-si qadın olmaqla 91 nəfər həlak olub - Kamran Əliyev
Ermənistanın müharibə cinayətlərinin qiymətləndirilməsi üçün hərbi tribunal yaradılmalıdır - Hikmət Hacıyev
Yelo Bank ordumuza dəstək aksiyalarına davam edir (FOTO)
İspaniyada COVID-19 koronavirusunun yeni mutasiyası aşkar edilib
Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib (VİDEO)
Azərbaycanda ağaclar üçün yeni məlhəm hazırlanıb (FOTO)
Minsk qrupunun Cenevrə görüşü mətbuata qapalı keçiriləcək
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb (FOTO/VİDEO)
Ermənistanda ordu yox, bir sürü cinayətkar dəstə mövcuddur - Hərbi ekspert
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
21 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Müəllimlərin işə qəbulu üzrə müsahibələrin təşkili qeyri-müəyyən müddətədək uzadıldı
Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir olunub (FOTO)
Paşinyan reallıqları qiymətləndirə bilmədi - Deputat
Təkcə mənim heyətim bir gündə düşmənin 8 topunu məhv edib - Gizir (VİDEO)
Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanır - Elman Rüstəmov
Sabah 23 dərəcəyədək isti olacaq
Ordumuza məxsus PUA vurulmayıb - MN
Daha 4 rayonda 22 ev şəhid ailələri və müharibə əlillərinə verilib (FOTO)
İlahiyyat İnstitutunun kafedra müdiri Beynəlxalq Simpoziumda iştirak edib (FOTO)
Ermənistan faktiki olaraq Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir - ETSN (FOTO)
Ramin Quluzadə Pakistan səfiri ilə Ermənistanın son hərbi təxribatlarını müzakirə edib
Azərbaycan nefti ucuzlaşır
Yeni fərman düşmənə mesajdır: Bu torpaqlardan gözünüzü çəkin
Mərkəzi Bank gələn il Azərbaycanda inflyasiyanı 3,6-4 faiz səviyyəsində proqnozlaşdırır
"Amnesty International" və "Human Rights Watch"un qərarları Ermənistanın müharibə qaydalarını pozduğunu bir daha təsdiqlədi - Hüquqşünas
Rusiyada bir gündə 18 mindən çox yoluxma qeydə alındı
Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - MN
Tikinti layihələrinin ekoloji qiymətləndirilməsi üçün ictimai dinləmə keçiriləcək
Yaponiya səfiri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub (FOTO)
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Nazir şagirdlərə planşet paylanılması xəbərlərindən danışdı
Putin çıxışı ilə Ermənistanın istəyini darmadağın etdi - Deputat
Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədrinə məktub ünvanlayıb
Məktəbəqədər qrup və bağçalarda təlim-tədrisin bərpası mümkün deyil - Nazir
AŞ PA-nın komitə sədri: Bərdəyə zərbələrin endirilməsi, insanların həlak olması fəlakətdir
Nazirlik tədris kurslarının fəaliyyətinə aydınlıq gətirib
Şagirdlərin yerdəyişməsi prosesi nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Bu dərs ilində də şagirdlərin naliyyətlərinin qiymətləndirilməsi həyata keçiriləcək - RƏSMİ
İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir? - Təhlil
Tədris ilinin müddətinin azaldılması nəzərdə tutulmur - Nazirlik
Rusiyada güclü vulkan püskürməsi olub
İndiki vəziyyətdə ən düzgün yol distant təhsildir - Emin Əmrullayev
Azərbaycan tərəfinin hücum cəhdi olmayıb - MN
Ermənistanda koronavirusdan ölənlərin sayı 1 300-ə çatıb
Bu platformalar VPN-siz işləməlidir - Nazir
Erməni təxribatı nəticəsində 9 şagird ölüb, 50-ə yaxın məktəb yararsız hala düşüb - Emin Əmrullayev
Düşmənin atıb qaçdığı hərbi texnikalar təmir edilərək istifadə olunur (VİDEO)
Ermənistan artıq bu gün öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır - Fuad Muradov
Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib - FHN
Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı artıb
Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib - MN
Bərdəni atəşə tutan "Smerç" məhv edilib (VİDEO)
Paytaxtda koronavirusla bağlı reydlər keçirilir (FOTO)
"Human Rights Watch" Bərdəyə kasetli döyüş sursatları atıldığını təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Bərdədəki terrorla bağlı dünya ölkələrinin konstitusiya məhkəmələrinə müraciət edildi
Oktyabrın 30-da xarici valyutaların manata qarşı məzənnələri
Qırğızıstanda Bərdə və Gəncədəki erməni terrorları pislənilib (FOTO)
Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir
Xalq-dövlət-ordu birliyinin qüvvətli şəkildə təzahürü bizi böyük qələbəyə daha da yaxınlaşdırır - Sosioloq
Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Döyüşlər əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib - MN
MN cəbhədəki son vəziyyəti açıqlayıb
İsrail Nazirlər Kabineti fövqəladə vəziyyəti 3 yanvar tarixinə qədər uzadıb
ÜST dünyada sutkada 479 mindən çox koronavirus yoluxma faktını qeydə alıb
Moskvada koronavirusdan daha 69 nəfər ölüb
ABŞ-da "Dzeta" qasırğasında ölənlərin sayı altı nəfərə çatıb
Türkiyədə koronavirusdan sağalanların sayı 320 mini keçib
ANAMA cəbhəboyu ərazilərdə top mərmisi, raketlər, tank əleyhinə minaları aşkar edib (FOTO)
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində növbəti matçını keçirib
Ədliyyə Nazirliyinin rəsmi saytından “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb
Bərdə şəhərində raket zərbələri yaşayış evlərinə endirilib - "VİCE news"-un müxbiri (VİDEO)
“VICE News” kanalı da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib
Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub
Heydər Əliyev Mərkəzinin binası və Bakı Olimpiya Stadionunun üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub (FOTO.VİDEO)
Azərbaycan Ermənistanın 30 hərbçisinin meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verib
Düşmənin qüvvə və vasitələri məhv edilib (VİDEO)
Dərslər 2 noyabrdan distant formada keçiriləcək - Rəsmi
Meyitləri əməliyyat sahəsində ermənilərə vermək təhlükəlidir - Hərbi ekspert
"Amnesty International" Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqlədi (FOTO)
Hərbiyə aparsalar, gedib özüm qisasımı alardım, amma 16 yaşım var - Erməni raketinin qurbanı danışır (FOTO)
Bərdənin qisası alınır: Dinc əhalimizi atəşə tutan düşmən bölmələri Ordumuz tərəfindən darmadağın edilir (VİDEO)
Ermənilərin növbəti yalanı belə ifşa edildi - FOTOFAKT
Goranboyda Ermənistanın raket atəşi nəticəsində dağılan evdən görüntülər (FOTO)
GUAM Ermənistanın Azərbaycan şəhərlərini raket atəşinə tutmasını kəskin şəkildə qınayıb
Bütün xəbərlər