...

Cəlilabadın Privolnoye kəndinə ilk dəfə təbii qaz verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2016 15:29 (UTC +04:00)
Cəlilabadın Privolnoye kəndinə ilk dəfə təbii qaz verilib.
Cəlilabadın Privolnoye kəndinə ilk dəfə təbii qaz verildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Cəlilabadın Privolnoye kəndinə ilk dəfə təbii qaz verilib

Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verir.

Avqustun 4-də Cəlilabad rayonunun Privolnoye kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

1148 abonenti olan Privolnoye kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 56673 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti