Bakı. Trend:
Azərbaycan Nazirlər Kabinetinin Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında qərar verib.
Trend Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qərarda qeyd olunur ki, Xızı rayonunun 7969,22 hektar, Siyəzən rayonunun 14365,44 hektar, Şabran rayonunun 25833,78 hektar, Xaçmaz rayonunun 33832,40 hektar inzibati ərazilərində Xızı-Xaçmaz turizm və rekreasiya zonası, Quba rayonunun 3729,43 hektar inzibati ərazisində Quba turizm və rekreasiya zonası, Qusar rayonunun 14546,55 hektar inzibati ərazisində isə Qusar turizm və rekreasiya zonası yaradılsın və həmin turizm və rekreasiya zonalarının hüdudları təsdiq edilsin.
Mədəniyyət və Turizm Nazirliyinə müvafiq yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.